525.Az

8 mart öncəsi Bakıda güllərin qiyməti necədir? - SİYAHI


 

8 mart öncəsi Bakıda güllərin qiyməti necədir? - <b style="color:red">SİYAHI</b>

Hər kəs öz xanımını 8 martda hədiyyəsiz qoymaq istəmədiyindən indidən öz büdcəsini hesablayaraq düşünür ki, xanımına hansı hədiyyəni alsın. Bu dəfə də Bakının gül mağazaları öz ənənələrinə sadiq qalıblar.

Milli.Az-ın əməkdaşı bayram öncəsi paytaxtın gül dükanlarındakı qiymətlərlə maraqlanıb. Məlum olub ki, bayram öncəsi əksər güllərin qiymətləri bahalaşıb. Misal üçün, bir neçə gün əvvəl Hollandiya qızılgülü adlandırdığımız gülün bir ədədinin qiyməti 4 manat idisə, indi bu güllərin qiyməti mağazadan asılı olaraq 5-6 manat arası dəyişr.

Hədiyyə buketi hazırlamaq üçün ən çox istifadə olunan güllərin qiymətləri aşağıdakı kimidir:

1. Qızılgülün qiyməti 6 manatdır. Bir neçə gün öncə isə bu güllərin qiyməti 4 manat idi.

2. Zambağın qiymət 3 manatdır. bayramdan öncə isə qiymətlər 2 manat idi. Bundan əlavə, növündən asılı olaraq, 5-10 manata da zambaq satılır.

3. Xrizantem gülünün qiyməti 2 manatdır. Satıcılar deyirlər ki, bu güllərin qiymətlərində dəyişiklik olmayıb.

4. Çobanyastığının qiyməti 2 manatdır. Bu gülün də qiymətində dəyişiklik olmadığı geyilir.

5. Liliya gülü bir neçə gün əvvəl 5 manat idisə, bu gün mağazalarda həmin gül 7 manatdan yuxarı qiymətlərə satılır.

Satıcılar 8 mart tarixinə qədər güllərin qiymətlərinin daha da bahalaşacağını deyirlər.

Orta ölçülü buket almaq üçün kişilər 40-80 manat arası xərcə düşməlidirlər. 80 manatdan yuxarı qiymətlərə daha boyük ölçülü buketlər bağlatdırmaq olar.

Mağazalar hədiyyələrin çatdırılma xidmətini də göstərirlər. Mağazaya yaxın ərazidə güllərin çatdırılmasına görə xidmət haqqı alınmır. Məsafədən asılı olaraq isə 5-10 manat arası dəyişir.

 





06.03.2013    çap et  çap et