525.Az

Ali təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı


 

Ali təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı<b style="color:red"></b> Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı bir gün uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "Report"a verilən məlumata görə, qəbul avqustun 26-da saat 17:00-da başa çatacaq.

Komissiyadan bildirilib ki, tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
 





25.08.2016    çap et  çap et