525.Az

Abşeronun qaz təchizatında məhdudiyyət olacaq


 

Abşeronun qaz təchizatında məhdudiyyət olacaq<b style="color:red"></b> Avqustun 26-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Sumqayıt”, “Yaşma” və “Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
 
Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.
 
Məlumata əsasən, təmir müddətində Abşeron rayonun Yaşma bağ massivi və Tağıyev qəsəbəsinin, Siyəzən rayonun Beştam, Qara Siyəzən, Zarat və Çandahar, Xızı rayonun Şurabad, Yeni Yaşma və Sitalçay kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 





25.08.2016    çap et  çap et