525.Az

Nazirin evinə hücum edildi


 

Nazirin evinə hücum edildi<b style="color:red"></b>

Misirin paytaxtı Qahirədə "əl Əhli Klubu" tərəfdarlarından ibarət "Ulrtas" qrupunun üzvləri keçmiş daxili işlər naziri Məhəmməd İbrahim Yusifin evinə hücum edib.

Qrup üzvləri Yusifin evini yandırmağa çalışıblar. Polis onlara mane olub.

Nümayişçilər daha sonra daxili işlər naziri Məhəmməd İbrahim Nəcibin evinə doğru yürüşə başlayıblar.

Port Səiddəki hadisələrlə bağlı ədalət tələb etdiklərini bildirən qəzəbli nümayişçilər "xalqı qətlə yetirənlərlə bağlı ədalət yerini tapmasa, ədaləti özümüz gətirəcəyik" deyiblər.

"Ultras" qrupunun üzvləri Nəcibin evinin yaxınlığında gözləyən bir polis avtomobilini yandırmağa çalışıblar. Toqquşma nəticəsində 5 polis yaralanıb.

Təhrir meydanında toplanan ''Black Block" adlı qrupun üzvləri isə ABŞ və İngiltərə konsulluqlarının yerləşdiyi bölgədə polislə toqquşublar. Polisin atəş açması nəticəsində bəzi nümayişçilər yaralanıb.

Port Səid şəhərində də toqquşmalar davam edir.

TRT

 





06.03.2013    çap et  çap et