525.Az

Türkiyədə Çevik Polis İdarəsi partladıldı: 9 ölü, 64 yaralı - Yenilənib


 

Türkiyədə Çevik Polis İdarəsi partladıldı: 9 ölü, 64 yaralı - <b style="color:red">Yenilənib</b>

Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.
 
APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb

*** 10:07
 
Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.
 
APA-nın yerli mətbuata istindən xəbərinə görə, idarədə güclü partlayış törədilib.

Partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub.

Hazırda ərazidə atışma səsləri eşidilir.

 





26.08.2016    çap et  çap et