525.Az

İsrail səfiri şimal-qərb rayonlarında


 

İsrail səfiri şimal-qərb rayonlarında<b style="color:red"></b> İsrailin Azərbaycandakı səfiri Dan Stav Şəki, Zaqatala, Qax və Balakən rayonlarına 2 günlük səfər edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfir yerli icra hakimiyyətlərinin rəhbərləri ilə görüşüb.
 
Səfərin əsas məqsədi iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, səhiyyə sahələrində dərinləşməsi imkanlarını müzakirə etmək və iki ölkə insanları arasında münasibətləri gücləndirmək olub.
 
Görüşlərdə səfir bildirib ki, İsrail son zamanlar Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin və xarici investisiyanın cəlb olunmasının nə dərəcədə vacib olduğunu anlayır.
 
D. Stav bu 4 regionda birgə istehsal, biznes əməkdaşlığı imkanları barədə İsrailin investorları və şirkətlərini məlumatlandıracağını deyib. O, səfər müddətində ipək, heyvandarlıq, meyvə, tütün, quru meyvə, çay, arıçılıq, balıqçılıq və meyvə şirələri istehsalı ilə məşğul olan müəssisələrə baş çəkib. 
 
Diplomat Kişdəki alban məbədini və Balakəndəki mərkəzi məcsidi də ziyarət edib.
 





26.08.2016    çap et  çap et