525.Az

Antikorrupsiya Yay Məktəbinin açılışı oldu


 

Antikorrupsiya Yay Məktəbinin açılışı oldu<b style="color:red"></b> Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) Antikorrupsiya Yay Məktəbinin açılışı olub.
 
APA-nın məlumatına görə, AZAKA-nın keçid qrupunun üzvü, Milli Məclisin deputatı Vüsal Hüseynov bildirib ki, akademiya bir sıra istiqamətlərdə fəaliyyət göstərəcək:

“Korrupsiyanın bütün istiqamətləri üzrə məsələləri müzakirə ediləcək. Bu bizim ilk yay məktəbimizdir. Bu məktəbə kifayət qədər böyük maraq var. Yay məktəbində 35 iştirakçı müsabiqə əsasında seçilib. Bunlar respublikanın müxtəlif regionlarından olan gənclərdir”.
 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü Əli Hüseynli Azərbaycan Antikorrupsiya Akademiyasının bu təşəbbüsünün indi həyata keçirilməsinin heç də təsadüfi olmadığını deyib:
 
“Korrupsiyaya qarşı mübarizə hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Amma bu, elə bir problemdir ki, davamlı öyrənilmə və çox çevik yanaşma tələb edir. Bu baxımdan Antikorrupsiya Akademiyasının yay məktəbini keçirməsi çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, bura Azərbaycanın müxtəlif regionlarından gənclər toplaşıb. Əmin ola bilərsiniz ki, yay məktəbində öyrənə biləcəkləriniz bizim üçün vacibdir”.
 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərov, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev və “Konstitusiya Araşdırmalar Fondu” İctimai Birliyinin sədri Əliməmməd Nuriyev çıxış edərək yay məktəbinin əhəmiyyətindən danışıb, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat veriblər.
 





26.08.2016    çap et  çap et