525.Az

ABŞ-da Türk Mədəniyyəti Festivalı


 

ABŞ-da Türk Mədəniyyəti Festivalı <b style="color:red"></b>

ABŞ-ın Çikaqo ştatında 14-cü Çikaqo Türk Mədəniyyəti Festivalına start verilib.

Anadolu agentliyinin məlumatına görə, Çikaqo və ətrafında yaşayan Türkiyə vətəndaşları ilə yanaşı, həmyerlilərimizin də qatıldığı festival “İstiqlal marşı”nın oxunması ilə başlayıb.

Hər il ənənəvi olaraq Çikaqonun “Deyli” meydanında reallaşan festivalda türk mədəniyyəti, musiqisi, incəsənəti və mətbəxindən nümunələr nümayiş olunub. Festivalda, həmçinin türk musiqilərindən ibarət konsert proqramları təşkil edilməklə yanaşı, xalq oyunlarından ibarət bir sıra şou kompozisiyalar da nümayiş olunub.

Festivalın təşkil olunmasında məqsəd Türkiyə mədəniyyətini tanıtmaq, təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, festivalda ABŞ-da yaşayan digər xalqların nümayəndələri də iştirak edir.

AzərTAc

 





26.08.2016    çap et  çap et