525.Az

UNEC tələbələri təhsillərini Avropada davam etdirəcəklər


 

UNEC tələbələri təhsillərini Avropada davam etdirəcəklər<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “Erasmus+”, “Mövlanə” və ikili diplom mübadilə proqramları çərçivəsində Avropanın və Türkiyənin nüfuzlu universitetlərində təhsillərini davam etdirəcək tələbələrlə görüşüb.

UNEC-dən 525.az-a verilən məlumata görə, tələbələri təbrik edən rektor onlara təhsillərində uğurlar arzulayıb və tövsiyələrini verib.

Mübadilə proqramlarının əhəmiyyətindən danışan Ə.Muradov vurğulayıb ki, əsas məqsəd yüksək keyfiyyətli təhsilin və beynəlxalq təcrübənin öyrənilməsidir.

Tələbələrin təhsil alacaqları ölkədə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini bildirən rektor, onlara həmin ölkələrin tarixini, mədəniyyətini öyrənməyi tövsiyə edib. Həmçinin gəncləri təhsil alacaqları ölkələrdə sosial tədbirlərdə aktiv iştirak etməyə çağırıb.

Tələbələr xaricdə təhsil almaları üçün onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

 





26.08.2016    çap et  çap et