525.Az

İtaliyada 238 nəfər dağıntılar altından sağ çıxarılıb


 

İtaliyada 238 nəfər dağıntılar altından sağ çıxarılıb<b style="color:red"></b>

Avqustun 24-də İtaliyada baş vermiş dağıdıcı zəlzələ zonasında dağıntılar altından 238 nəfər sağ çıxarılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmmakolata Postilyone deyib.

Qeyd edək ki, son məlumata görə, zəlzələ nəticəsində 267 nəfər həyatını itirib.

 





26.08.2016    çap et  çap et