525.Az

İtaliya səfirliyində xatirə kitabı açılacaq


 

İtaliya səfirliyində xatirə kitabı açılacaq<b style="color:red"></b>

İtaliyanın mərkəzində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin anılması məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Səfirlikdən "Report"a verilən məlumata görə, xatirə kitabı avqustun 30-da saat 11:00-dan 13:00-dək, avqustun 31-də isə saat 10:00-dan 13:00-dək açıq olacaq.

Xatırladaq ki, avqustun 24-də baş vermiş zəlzələ nəticəsində 270-dən çox adam həlak olub, bir çox şəhərlərə ciddi ziyan dəyib.

 





26.08.2016    çap et  çap et