525.Az

Bolqarıstanda 7 min il yaşı olan yazılı lövhə tapıldı


 

Bolqarıstanda 7 min il yaşı olan yazılı lövhə tapıldı<b style="color:red"></b>

Bolqarıstanda arxeoloqlarından ibarət komanda ölkənin Riben kəndi ərazisində şumer və Misir əlyazmalarından daha qədim tarixi olan 7 min il yaşa malik yazılı lövhə tapıblar.

Tapılan gil lövhənin üzərində piktoqramlar və qrafik işarələr həkk olunub. Arxeoloqlar bunların yazının təməl bazasını təşkil etdiyini bildiriblər.

Tarixi lövhə sentyabrın sonunda Pleven muzeyində təşkil ediləcək xüsusi sərgidə təqdim olunacaq.

 





26.08.2016    çap et  çap et