525.Az

Türk tanklarının verdiyi iki ismarıc


 

Türk tanklarının verdiyi iki ismarıc <b style="color:red"></b>

Türkiyənin dəstəyi ilə Suriyanın Cerablus bölgəsinin İŞİD terror təşkilatının silahlılarından təmizlənməsindən sonra sərhədi keçmiş türk tanklarının bir hissəsi Türkiyəyə qayıdaraq yenidən Cerablusa doğru hərəkət edib.

Trend-in “Haber7” qəzetinə istinadən verdiyi məlumata görə, bununla da Türkiyə dünyaya “çox incə” ismarıc göndərib.

Qəzetin məlumatına görə, əməliyyatların ilk günündə tanklar Suriyaya 3 xətt boyunca girdiyi halda, sərhəddə açılan daha 7 xətlə bərabər ümumilikdə 10 xətt boyunca yenidən Cerablus bölgəsinə daxil olublar.

Bu addımın iki əsas mənası var. Bunlardan birincisi, böyük zərbə gücü ilə bölgə üçün təhdidləri ortadan qaldırmaqdır.

İkincisi isə Türkiyənin zərurət yarananda quru qoşunlarını yenidən Cerablusa yeridə biləcəyini regiondakı bütün ünsürlərə göstərməkdir.

 





26.08.2016    çap et  çap et