525.Az

Cenevrədə Kerri-Lavrov görüşü başladı


 

Cenevrədə Kerri-Lavrov görüşü başladı<b style="color:red"></b> Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-lı həmkarı Con Kerri ilə Cenevrədə görüşü başlayıb.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lavrov və Kerri görüşünün əsas müzakirə mövzusu Suriyadakı terrorçu qruplarla  birgə mübarizə aparmaq üçün Rusiya ilə ABŞ arasında hərbi əməkdaşlığın  təmin edilməsi olacaq.
 
Görüşün nəticəsində dair müqavilənin imzalanıb-imzalanmayacağı hələ qeyri-müəyyəndir.
 
Digər tərəfdən də nazirlərin danışıqları ərəfəsində hər iki ölkənin hərbiçi və diplomatları arasında bir sıra görüşlər də keçirilir.
 





26.08.2016    çap et  çap et