525.Az

Görkəmli rəssam Ucal Haqverdiyev anılacaq


 

Görkəmli rəssam Ucal Haqverdiyev anılacaq<b style="color:red"></b>

Sentyabrın 2-də XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində "Rəssam haqqında xatirələr. Butunay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında" adlı tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, "Rəssamla görüş" layihəsi çərçivəsində reallaşacaq tədbirdə Ucal Haqverdiyevin (1960-2004) həyat və yaradıcılığından söz açılacaq.

Ucal Haqverdiyevin sənəti yüksək mənəviyyatı ilə seçilir, onun mövzu və süjetləri "Tövrat" obrazları ilə bağlıdır.
 
Rəssamın rəngkarlığı, qrafikası, poeziyası zamanın cızdığı dar dünyagörüşü çərçivəsindən kənarda mövcuddur.

Ucal Haqverdiyev Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub.
 
O, "Labirint" qrupunun yaradılmasında iştirak edib. 2000-ci ildə bu qrupun tərkibində "Humay" mükafatına layiq görülüb. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib.

Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə sərgilənib.

 

 





26.08.2016    çap et  çap et