525.Az

UNEC tələbələri beynəlxalq yay təcrübələrini uğurla başa vurdular


 

UNEC tələbələri beynəlxalq yay təcrübələrini uğurla başa vurdular<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiyanın “VTB 24” və “MБA–Moskva” banklarının Sankt-Peterburq filialında keçdikləri yay istehsalat təcrübələrini uğurla başa vurublar.

UNEC-dən 525.az-a verilən məlumata görə, tələbələr təcrübə zamanı banklardakı iş prosesi ilə yaxından tanış olmaqla yanaşı, yüksək təcrübi biliklər də əldə ediblər. Sonda tələbələrə bankların beynəlxalq sertifikatları təqdim olunub.

Qeyd edək ki, “VTB 24” və “MБA–Moskva” Bankının Sankt-Peterburq filialından UNEC tələbələri üçün növbəti tədris ilinin sonunda da təcrübə keçmək üçün razılıq əldə olunub.

 





26.08.2016    çap et  çap et