525.Az

"Suriya məsələsində Ankara ilə Moskvanın maraqları üst-üstə düşür"


 

"Suriya məsələsində Ankara ilə Moskvanın maraqları üst-üstə düşür"<b style="color:red"></b>

"Türkiyə Ordusu 15 iyul hadisələri zamanı ciddi yara aldı, amma qısa zamanda toparlanaraq Cerabulsda əməliyyatlara başladı".

Bunu Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Türkiyənin Suriyada başladığı əməliyyat və Rusiyanın bu məsələdə mövqeyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu əməliyyatın məqsədi türk ordusunun zəif düşməsinin iddia edildiyi bir zamanda gücünü dünyaya göstərmək, həmçinin ölkənin sərhədlərinin yaxınlığındakı terror qruplarının yuvalarını dağıtmaqdır:

"İŞİD" həm Qərb blokunun, həm də Rusiyanın ortaq düşmənidir və bu düşmənə qarşı Türkiyənin apardığı əməliyyat qanunidir, beynəlxalq hüquqa uyğundur. Başda PYD və "İŞİD" olmaqla üzrə Türkiyəni təhdid edən ünsürlər sərhəd bölgəsindən təmizlənərkən Suriyanın ərazi bütövlüyünün qəbul edilməsi Rusya baxımından da əhəmiyyətlidir".

Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidentinin Türkiyəyə səfəri zamanı bu əməliyyatın başlaması ayrıca əhəmiyyət kəsb edir. Türkiyə Suriyadakı türkmənlərə prioritet verərək, Suriyanın ərazi bütövlüyünü strateji hesab edərək, PYD və "İŞİD"in separatçı tələblərini rədd edir. Həmçinin, Türkiyə Suriyanın gələcəyində söz sahibidir və bundan sonrakı hadisələrdə Rusiya və Türkiyə daha sağlam bir zəmində Suriya məsələsini sülhə aparacaqlar".

ABŞ-Azərbaycan Fondunun baş eksperti, hərbi tədqiqatçı Aleksey Sinitsin isə deyib ki, Türkiyə Ordusunun Suriyadakı əməliyyatı yalnız "İslam Dövləti"nə deyil, həm də kürd silahlı qüvvələrinə qarşı aparılır. Onlar "Suriya Demokratik Qüvvələrinin tərkibindədirlər".

O əlavə edib ki, Cerablusda və onun ətrafında kürd yaşayış məntəqələri yoxdur. Bu regionda yalnız türkmənlər və ərəblər yaşayır. Kürdlərə üç kürd məntəqəsini - Afrin, Kobani və Caziranı birləşdirmək, vahid Suriya "Kürdüstanı" üçün oranı işğal etmək lazım idi: "Bu, Ankaranın, Tehranın, can verən Suriya müxalifətinin, Moskva və rəsmi Dəməşqin özünün əleyhinə olduğu qondarma "müstəqil Kürdüstan"ın yaradılması istiqamətində bir addım idi. Kürdlərin hərəkətləri real olaraq Suriyanın ərazi bütövlüyünü təhdid edir və Rusiya üçün Suriyanın ərazi bütövlüyünün saxlanılması başlıca məqsəddir. Bu isə o deməkdir ki, hazırda Ankara və Moskvanın maraqları Suriya məsələsində yüksək səviyyədə üst-üstə düşür".

PƏRVANƏ

 





26.08.2016    çap et  çap et