525.Az

IV Beynəlxalq Qaşqarlı Mahmud Hekayə Müsabiqəsinə əsərlərin qəbulu başa çatdı


 

IV Beynəlxalq Qaşqarlı Mahmud Hekayə Müsabiqəsinə əsərlərin qəbulu başa çatdı<b style="color:red"></b>

IV Beynəlxalq Qaşqarlı Mahmud Hekayə Müsabiqəsinə Azərbaycan üzrə hekayələrin qəbulu başa çatıb. Müsabiqəyə 34 müəllifin 44 hekayəsi təqdim olunub.

Hekayələri beş ekspert 10 ballıq sistemlə qiymətləndirəcək. Qaliblər 30 sentyabrda elan olunacaq.

Təqdimetmə mərasimi isə oktyabr-noyabr aylarında baş tutacaq. Ölkə üzrə birinci, ikinci və üçüncü yerlər üzrə qaliblərə mükafatlar veriləcək.

Qeyd edək ki, qalib olan hekayə Türkiyədəki beynəlxalq müsabiqəyə göndəriləcək və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq mükafatlandırma mərasimi isə bu ilin dekabr ayında Qazaxıstanın Almata şəhərində keçiriləcək.

Müşfiq ŞÜKÜRLÜ

 





26.08.2016    çap et  çap et