525.Az

Salyanda “Açıq kitabxana”


 

Salyanda “Açıq kitabxana” <b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kitabxanası ilə birgə həyata keçirdiyi “Açıq kitabxana” layihəsi çərçivəsində Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Heydər Əliyev parkında tədbir təşkil edib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, layihənin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək və insanların mütaliəyə marağını artırmaqdır.

Böyük maraqla qarşılanan tədbirdə “Azərbaycan tarixi”, ”Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “Ulu öndər Heydər Əliyev”, “Salyan yazarları”, “Şəhidlər ölməz, vətən bölünməz” bölmələrində kitablar nümayiş etdirilib.

Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Günaydın Əhədova çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməsinə və oxucu sayının artmasına stimul verən belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib.

Tədbir zamanı kitabxanaya çoxlu sayda yeni oxucu üzv yazılıb.

“Açıq kitabxana” layihəsi çərçivəsində tədbirlərin müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulur.

Cavid QƏDİR

 





27.08.2016    çap et  çap et