525.Az

“Yeni Üfüq” Ankarada M.Ə.Rəsulzadəni andı (FOTO)


 

“Yeni Üfüq” Ankarada M.Ə.Rəsulzadəni andı<b style="color:red"> (FOTO)</b> Bu gün Türkiyədə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Ankara təmsilçiliyi Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni anıb.

“Yeni Üfüq” İctimai Birliyinin Ankara təmsilçisi, Orta Doğu Texniki Universitetinin tələbəsi  Mirbəhram Əzimbəylinin verdiyi məlumata görə Orta Doğu Texniki Universiteti, Qazi və Ankara universitetlərinin azərbaycanlı tələbələri M.Ə.Rəsulzadənin Ankarada yerləşən “Cebeci Asri məzarlığı”ndakı məzarını ziyarət ediblər. Ziyarətə Türkiyə Respublikasının vətəndaşları, eləcə də Cənubi Azərbaycandan olan tələbələr də qatılıblar. İlk öncə Azərbaycan və Türkiyə himnləri oxunub.
 
Sonra “Yeni Üfüq”ün Ankara təmsilçisi Mirbəhram Əzimbəyli çıxış edərək, “M.Ə.Rəsulzadə bütün Azərbaycan xalqının Rəsulzadəsidir və bizlərin onu bu gün ziyarət etməyimiz mənəvi bir borcumuzdur” deyib.  Digər tələbələr də öz duyğu və düşüncələrini bölüşüblər. Sonda isə Məhəmməd Əmin Rəsulzadənin əziz ruhuna dualar edilib. Müqəddəs Qurani-Kərimdən ayələr oxunub.












 





07.03.2013    çap et  çap et