525.Az

Tovuzda güclü külək fəsadlar yaratdı


 

Tovuzda güclü külək fəsadlar yaratdı<b style="color:red"></b> Tovuzda güclü külək bir sıra fəsadlar yaradıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, dünən axşam saatlarında qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti Tovuzda dağıntılar yaradıb.
 
Rayon Fövqəladə Halla Komissiyasından verilən məlumata görə, təbii fəlakət nəticəsində rayon mərkəzində 5 və 2 mərtəbəli yaşayış binasının dam örtüyü  uçub. İri bir ağac kökündən qoparaq Bakı – Qazax magistral yoluna düşüb. Həmçinin Tovuz şəhərində də külək xeyli sayda ağacları kökündən qoparıb.
 
Əlverişsiz hava şəraiti nəticəsində Qovlar şəhərində yerləşən 7 kəndi elektrik enerjisi ilə təmin edən  yarımstansiyada yanğın yaranıb. Hazırda ətraf kəndlərin elektrik enerjisiz olduğu bildirilir.
 
Küləyin Tovuzun kəndlərində də fəsadlar yaratdığı bildirilir. Məlumata görə, hazırda fəsadların  aradan qaldırılması istiqamətinə rayonda iş aparılır.
 





28.08.2016    çap et  çap et