525.Az

Həftənin ilk iş günü hava necə olacaq?


 

Həftənin ilk iş günü hava necə olacaq? <b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm  civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz  35-45 % təşkil edəcək.             
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarına gəlincə, avqustun 29-da gündüz əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz  33-38°, dağlarda gecə 13-18° isti, gündüz  23-28° isti olacağı gözlənilir.
 





28.08.2016    çap et  çap et