525.Az

“Dini radikalizm və xurafat-Bir medalın iki üzü”


 

“Dini radikalizm və xurafat-Bir medalın iki üzü”<b style="color:red"></b>

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizm və xurafat - bir medalın iki üzü” mövzusunda “dəyirm masa” keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda dini radikalizmlə mübarizə aparılır.

Onun sözlərinə görə, radikalizmlə yanaşı xurafatla bağlı da tədbirlər görülür:

“Xurafatla bağlı əsas iş maarifləndirmədir. Bu baxımdan, komitə lazımi işləri görür. Amma etiraf etməliyik ki, xurafat daha çox məişət səviyyəsindədir. Bu da zamanla aradan qalxacaq. Xurafatın yayılmasının əsas səbəbi sosial problemlərdir”.

Çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov qeyd edib ki, təmsil etdiyi idarə dini radikalizm və xurafatla mübarizə aparır: “Bu mübarizə dövlət orqanları ilə birgə aparılır. Qafqaz Müsəlmanları İdarəsi maarifləndirmə işinə üstünlük verir. Çünki cəmiyyəti buna kökləmək lazımdır. Çalışırıq ki, məzhəb ayrı-seçkiliyi olmasın”.

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfəsi problemləri şöbəsinin aparıcı elmi işçisi Elsevər Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Rəşad İlyasov və ilahiyyatçı İlqar İsmayılzadə maarifləndirmə işinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.

 





29.08.2016    çap et  çap et