525.Az

Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşdü


 

Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşdü<b style="color:red"></b>

Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Mixeil Canalidze ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, regionda həyata keçirilən enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər məsələlər müzakirə olunub.

E.Məmmədyarov yenidən Tbilisidə olmaqdan məmnun qaldığını bildirib.

O deyib ki, qonşu və dost ölkələr olan Azərbaycanla Gürcüstan arasında əlaqələr inkişaf edir:

“Qarşılıqlı səfərlər, müzakirə olunan məsələlər bizim dostluğumuzun daha da möhkəmlənməsinə xidmət edir”.

 





29.08.2016    çap et  çap et