525.Az

“ASAN xidmət” mərkəzlərində “check-up” müayinələri aparılacaq


 

“ASAN xidmət” mərkəzlərində “check-up” müayinələri aparılacaq<b style="color:red"></b> Yaxın müddətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən “ASAN xidmət” mərkəzlərində “check-up” müayinələrə başlanılacaq.
 
RMDM-dən APA-ya verilən məlumata görə, müayinələr ilkin olaraq 1 saylı Bakı “ASAN xidmət” mərkəzində keçiriləcək.
 
Sonra müayinələr digər “ASAN xidmət” mərkəzlərini də əhatə edəcək.
 
Cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək. “Check-up” müayinələrinin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.
 





29.08.2016    çap et  çap et