525.Az

“Türk Telekom”da FETÖ əməliyyatı


 

“Türk Telekom”da FETÖ əməliyyatı<b style="color:red"></b> Telekommunikasiya şirkəti olan “Türk Telekom”da Fətullahçı Terror Təşkilatının (FETÖ) təşkilatlanması ilə bağlı əməliyyat keçirilib.
 
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı şirkətin  53 əməkdaşı şübhəli şəxs qismində saxlanılıb. 89 nəfər vəzifəli şəxsin isə barəsində həbs qərarı verilib.
 
Qeyd edək ki, FETÖ/PDY təşkilatına qarşı daha əvvəl keçirilmiş əməliyyat zamanı saxlanılan 28 nəfər şübhəli şəxsdən 11 nəfəri FETÖ-ya üzv olduğuna görə həbs olunub, 17 nəfər isə şərti azadlığa buraxılıb.
 





29.08.2016    çap et  çap et