525.Az

ABŞ-a məxsus PUA İran hava məkanına daxil olub


 

ABŞ-a məxsus PUA İran hava məkanına daxil olub<b style="color:red"></b>

ABŞ-a məxsus pilotsuz uçan aparat (PUA) İran hava məkanına daxil olub.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran Hava Hücumundan Müdafiə  Qüvvələri  (HHMQ) ölkənin hava məkanına daxil olmuş PUA aşkar edib.

"İran Hava Hücumundan Müdafiə Qüvvələri bazar ertəsi ölkənin şərqindən hava məkanına daxil olan ABŞ-a məxsus PUA aşkarlayaraq ona hava məkanını təcili tərk etməklə bağlı xəbərdarlıq edib. PUA Əfqanıstandan gəlib. Aparat sonradan İranın hava məkanını tərk edib", - İran hərbçilərinin bəyanatında deyilir.

 





29.08.2016    çap et  çap et