525.Az

"Retro Bakı" layihəsində yeni konsert proqramları


 

"Retro Bakı" layihəsində yeni konsert proqramları<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi çərçivəsində Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə konsertlər davam edir.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, konsertlərdə tanınmış müğənnilər Nurlan Əzizbəyli, Vüsal Hacıyev, Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və  Rasim Mustafazadə rəngarəng ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.

Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabırın ortalarınadək davam edəcək".

Cavid QƏDİR

 





29.08.2016    çap et  çap et