525.Az

“Dünya bir boşqabda” təqdim edildi


 

“Dünya bir boşqabda” təqdim edildi<b style="color:red"></b>

Cənubi Afrika Respublikasında (CAR) Azərbaycan mətbəxinin ləziz nümunələri barədə məlumatların da yer aldığı “Dünya bir boşqabda” adlı kitabın təqdimat mərasimi keçirilib.

Azərbaycanın CAR-dakı səfirliyindən 525.az-a verilən məlumata görə, kitabda dünya kulinariya nümunələri sırasında səfirliyimizin təşəbbüsü və dəstəyi ilə milli mətbəximizin çeşidləri barədə məlumatlar da oxuculara təqdim olunub.

Təqdimat mərasimində, həmçinin ölkəmizlə bağlı quraşdırılmış stenddə Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi və turizm imkanlarına dair məlumatlar yer alıb.

Əlavə məlumat üçün qeyd edək ki, “Dünya bir boşqabda” kitabı CAR-da akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət “International Diplomatic Spouses Association”un təşəbbüsü ilə nəşr edilib.

Cavid QƏDİR

 





29.08.2016    çap et  çap et