525.Az

Norveçdə ildırım 323 maralı öldürdü - Video


 

Norveçdə ildırım 323 maralı öldürdü - <b style="color:red">Video</b> Norveçin cənubundakı “Xardanqervidda” mili parkında 323 maral ildırım vurması nəticəsində ölüb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, yerli təbiəti araşdırma institutunun əməkdaşı Nina Ulava Stranda deyib ki, həmin yerə gedib bu qədər heyvanın öldüyünü görmək son dərəcə inandırıcı deyil.

Onun sözlərinə görə, əvvəllər belə situasiya ilə üzləşməyib.

Norveç meteorologiya institutunun məlumatına görə, marallar ölən gün hava çox pis olub.

Ekspertlərin dəyərləndirmələrinə görə, maralların öldüyü ərazini 100 dəfəyə qədər ildırım vurub.

 





29.08.2016    çap et  çap et