525.Az

İncəsənət və Şahmat Festivalı başa çatdı


 

İncəsənət və Şahmat Festivalı başa çatdı<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahmat Olimpiadasının Əməliyyat Komitəsi tərəfindən təşkil olunan İncəsənət və Şahmat Festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, festival 42-ci Şahmat Olimpiadası çərçivəsində baş tutub.

Belə ki, festivala qatılan 23 fırça ustası şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi və unikal sənət əsərləri yaradıb. Öz istedadı sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiqurun özünəməxsus incəsənət nümunəsinə çevrilməsinə nail olub.

Qeyd edək ki, müxtəlif yaşlı gənc peşəkar və həvəskar fırça ustalarının qatıldığı festivalın qalibinə min manat məbləğində pul mükafatı və Dünya Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə ikinəfərlik dəvətnamə veriləcək.

 





29.08.2016    çap et  çap et