525.Az

Fransada "Azərbaycan haqqında yeni novellalar" kitabı nəşr olundu


 

Fransada "Azərbaycan haqqında yeni novellalar" kitabı nəşr olundu<b style="color:red"></b>

Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın Azərbaycandakı Səfirliyinin, Unibankın, Fransanın “Total” şirkətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və UFC şirkətinin dəstəyi ilə Fransada “Nouvelles Nouvelles D’Azerbaidjan” (“Azərbaycan haqqında yeni novellalar”) kitabı nəşr olunub.

Nazirlikdən 525.az-a verilən məlumata görə, kitab tanınmış müasir fransız yazıçılarının müxtəlif sahələr üzrə mövzularda ölkəmizə səfər edərək yazdığı novellalardan ibarətdir. Novellalar Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, Qəbələ və Şəkiyə də həsr olunub.

Qeyd edək ki, bu novellalar Fransız yazıçı-səyyahların yeni nəzər nöqtəsinin nəticəsidir.
 
Kitabda Azərbaycan multikultural ənənələrə malik, dünyəvi, tolerant ölkə olaraq tanıdılır və şərh edilir.

Qeyd olunur ki, 2015-ci ildə 10 fransız yazıçı xəbər toplamaq üçün Azərbaycanda kəşfiyyatı öz üzərlərinə götürürlər və nəticədə müxtəlif novellalar yazılaraq kitab halına salınır.

Kitabda Azərbaycanın paytaxtı Bakı şəhəri labirintli küçələri, qalaları və qüllələri ilə bir sirli orta əsr şəhəri kimi tanıdılır.

Cavid QƏDİR

 





29.08.2016    çap et  çap et