525.Az

Roma 2024-cü il olimpiadasına namizədlikdən imtina edir


 

Roma 2024-cü il olimpiadasına namizədlikdən imtina edir<b style="color:red"></b>

İtaliyanın paytaxtı Roma 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən imtina edəcək.

"Report"un "Inside The Games" nəşrinə istinadən verdiyi məlumata görə, şəhərin yeni meri Virciniya Raci belə bir fikrə düşüb.

O əmindir ki, Roma olimpiadanın keçirilməsinə deyil, öz iqtisadi problemlərinə diqqət yönəltməlidir.

Xanım mer imtina qərarını İtaliya paralimpiya yığmasının Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Oyunlara yolasalma mərasimində açıqlaya bilər.

Romanın olimpiada təşkilinə xərcləməyi planlaşdırdığı 27,5 milyon dollar rəqibləri Los-Anceles (ABŞ), Budapeşt (Macarıstan) və Paris (Fransa) şəhərlərinin nəzərdə tutduğu məbləğdən əhəmiyyətli dərəcədə geri qalır.

Qeyd edək ki, qalib şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq.

 





29.08.2016    çap et  çap et