525.Az

ABŞ İraq müharibəsinə 800 milyard dollar xərcləyib


 

ABŞ İraq müharibəsinə 800 milyard dollar xərcləyib<b style="color:red"></b>

Amerikanın İraqa müdaxiləsindən 10 il keçir.

2003-cü ildə başlayan hərbi əməliyyatdan bu günə qədər İraq işğalına 800 milyard dollar xərclənib.

İraqın yenidən qurulmasıyla bağlı xərcləri araşdıran xüsusi müfəttiş Stüart Bouenin hazırladığı hesabata görə, 8 il davam edən işğal müddətində 5 min insan ölüb.

Əməliyyatlarda sonra İraqda su, elektrik, səhiyyə, ərzaq və idarəetmə xərcləri üçün müxtəlif fondlar yaradılıb. Daha sonra isə sabitlik, nizam-intizam və infrastruktur üçün milyardlarla dollar xərclənib. Bu müddət ərzində Vaşinqton İraqa 60 milyard dollarlıq maddi yardım edib. Ancaq İraqdakı koordinasiyasızlıq, rüşvət və təhlükəsizlik problemləri səbəbilə bu pulun 8 milyard dolları boşuna xərclənib.

"Çıxarılan dərslər" başlığıyla bitən hesabatda Vaşinqtonun İraqa çox pul xərcləyib, az nəticə əldə etdiyi vurğulanıb.

Hesabatdakı təsbitlərin qorxunc olduğunu bildirən respublikaçı senator Bob Corker Əfqanıstanda da eyni səhvlərə yol verməmək üçün İraqda baş verənlərdən dərs çıxarılmalı olduğunu deyib.

Ağ Ev 2014-cü ilin sonunda Əfqanıstandan tamamilə çəkilməyi planlaşdırır. İndiyə qədər Əfqanıstanın yenidən qurulması üçün ABŞ 90 milyard dollar xərcləyib.

 





07.03.2013    çap et  çap et