525.Az

Varşavada parlament rəhbərlərinin görüşü keçiriləcək


 

Varşavada parlament rəhbərlərinin görüşü keçiriləcək<b style="color:red"></b>

Avqustun 30-da və 31-də Polşanın paytaxtı Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən 525.az-a verilən xəbərdə qeyd edilir ki, görüşdə Azərbaycanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təmsil edəcək.

Tədbirdə Avropa İttifaqının Şərqi və Mərkəzi Avropa ölkələri ilə regional əməkdaşlığı, bu ölkələrin öz aralarında parlamentlər səviyyəsində münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Məlumata görə, V.Ələsgərov görüşdə çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcək.

 





29.08.2016    çap et  çap et