525.Az

Bakıda İsveçrənin milli bayramı qeyd edilidi


 

Bakıda İsveçrənin milli bayramı qeyd edilidi<b style="color:red"></b> İsveçrənin müstəqilliyinin il dönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi qəbul təşkil edib.
 
APA-nın məlumatına görə, qəbulda xarici ölkənin Azərbaycandakı diplomatik korpuslarının üzvləri, Azərbaycanln ictimai-siyasi xadimləri və digər qonaqlar iştirak edib.
 
Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Liliana Pişşini İsveçrə ilə Azərbaycan arasında 4300 km məsafənin olmasına baxmayaraq iki xalq arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin olduğunu və bu münasibərlərin ölkələri bir-birinə yaxınlaşdırdığını deyib.

Onun sözlərinə görə, iki ölkə arasında uzun müddətli iqtisadi əməkdaşlıq mövcuddur: 

"Ümid edirəm ki, bu tendensiyanı gələcəkdə də davam etdirəcəyik".
 
Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib:

"Ölkələrimiz arasında siyasi dialoq  inkişaf edir. İqtisasi və qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı əlaqələrimiz mövcuddur. İkitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar var.

Əminəm ki, dostluq və əməkdaşlıq əlaqələrimiz daha da inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcək".
 





29.08.2016    çap et  çap et