525.Az

Türkiyəyə Suriyadan üç mərmi atılıb


 

Türkiyəyə Suriyadan üç mərmi atılıb<b style="color:red"></b> Bu gün Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub.
 
APA-nın “Millyet”-ə istinadən verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb, nəticədə 5 uşaq yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Uşaqlardan ən kiçiyinin 5, ən böyüyün isə 11 yaşı var. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıb.
 
Məlumata əsasən, Türkiyə tərəfi cavab atəşi açıb.
 





29.08.2016    çap et  çap et