525.Az

Obama-Ərdoğan görüşü Pekində baş tutacaq


 

Obama-Ərdoğan görüşü Pekində baş tutacaq<b style="color:red"></b> Sentyabrın 4-də Pekində, “G-20” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.
 
Onun sözlərinə görə, tərəflər Türkiyədə hərbi çevrilişə cəhddən sonra vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranı və digər məsələləri müzakirə edəcəklər.
 
Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri Çinin paytaxtı Pekində baş tutacaq “Böyük iyirmilik” (G-20) ölkələrinin sammitinə qatılacaqlar.
 





29.08.2016    çap et  çap et