525.Az

Nazir DÇ-2018-də Azərbaycanın azarkeşi kimi iştirak etmək istəyir


 

Nazir DÇ-2018-də Azərbaycanın azarkeşi kimi iştirak etmək istəyir<b style="color:red"></b>

"Çox istəyirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatında böyük hörmətlə Azərbaycan yığmasının azarkeşi kimi iştirak edək. Buna imkan da, potensial da, motivasiya da var. Sadəcə, daha da çox işləmək lazımdır.

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

XİN rəhbəri komitənin iclasında müzakirə olunan məsələlərdən danışıb:

"Görüş çox maraqlı keçdi. İclasda müxtəlif məsələləri ətraflı müzakirə etdik. AFFA-da belə sərbəst müzakirələrin getməsi çox sevindirici haldır. İndi də danışırdıq ki, iki klubumuz yenə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Əfsuslar olsun ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədi. Amma buna imkan var idi. "Qarabağ"ın Çexiya "Viktoriya"sı ilə ev oyununda oldum. Çox təəssüf ki, 85-ci dəqiqədə qol buraxaraq, qitənin ən nüfuzlu klub turnirində yolumuza davam edə bilmədik. Amma doğrudan da klub səviyyəsində tam şəkildə inkişaf gedir".

Komitə üzvü Dünya çempionatı-2018-in seçmə mərhələsində mübarizəyə başlayan Azərbaycan millisinin qarşıdakı oyunu ilə bağlı da fikirlərini də bölüşüb:

"Millimiz isə Dünya çempionatında mübarizəyə başlayır. Sentyabrın 4-də komandamızın San Marino ilə səfər matçından qələbə ilə qayıdacağına inanıram. Rəsmi oyundan qələbə ilə qayıdacaq. Çox istəyirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında böyük hörmətlə Azərbaycan yığmasının azarkeşi kimi iştirak edək. Buna imkan da, potensial da, motivasiya da var. Sadəcə, daha da çox işləmək lazımdır. Olimpiadada 18 medal qazanan ölkəni komanda şəklində təmsil edən də olmalıdır ki, beynəlxalq səviyyədə böyük inkişaf getsin".

 





29.08.2016    çap et  çap et