525.Az

XİN rəhbəri: "İmkan olduqca uşaqlarla futbol oynayıram"


 

XİN rəhbəri: "İmkan olduqca uşaqlarla futbol oynayıram"<b style="color:red"></b>

"Baxmayaraq ki, 56 yaşındayam, imkan olduqca uşaqlarla futbol oynayıram".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Nazir xarici siyasətdən futbol idarəçiliyinə adaptasiya dövrü ilə bağlı ünvanlanan suala belə cavab verib:

"Azərbaycanda elə bir şəxs varmı ki, uşaqlıqdan futbol oynamasın? Adaptasiya lazım deyil. Burada ilk gündən özünü nəinki azarkeş kimi hiss edirsən, hətta imkan olduqca meydana da çıxırsan. Baxmayaraq ki, 56 yaşındayam, bir az çətindir. Amma yenə də imkan olduqca uşaqlarla oynayıram".

 





30.08.2016    çap et  çap et