525.Az

Kanadada 100 yaşlı qadın kütləvi qaçışda iştirak edib


 

Kanadada 100 yaşlı qadın kütləvi qaçışda iştirak edib<b style="color:red"></b> Kanadanın Vankuver şəhərində kütləvi beynəlxalq qaçış keçirilib.

"Report"un məlumatına görə, qaçışa Hindistanın 100 yaşlı qadın sakini Man Kaur və onun 78 yaşlı oğlu Qurdev Sinqh də qatılıb.

Kaur 100 metr məsafəni 1 dəqiqə 20 saniyəyə qaçıb.

"Americas Masters Games" adlı yarışda 30 yaşdan yuxarı idmançılar iştirak edib.

100 yaşdan yuxarı kateqoriyasında Man Kaur yeganə iştirakçı kimi qızıl medal alıb.
 





30.08.2016    çap et  çap et