525.Az

Çavesin ölüm səbəbi bəlli oldu


 

Çavesin ölüm səbəbi bəlli oldu<b style="color:red"></b>

Venesuelada dünən dünyasını dəyişən prezident Uqo Çavesin ölüm səbəbinin ürəktutması olduğu bildirilib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Prezident Qvardiyasının komandanı, general Xose Ornella Çavesin böyük əzablar içindəykən ürəktutması nəticəsində öldüyünü söyləyib.

"Associated Press"ə açıqlama verən Ornella son anları da daxil olmaqla son iki ilində Çavesin yanında olduğunu söyləyib. General Çavesin ölməzdən əvvəl böyük çətinliklə dodaqlarını tərpədərək "Ölmək istəmirəm, ölməyimə imkan vermə" dediyini bildirib: "O ölkəsini çox sevirdi, özünü də ölkəsi uğrunda qurban verdi".

Qeyd edək ki, hökumət ölümündən bir gün əvvəl Çavesin yeni ağ ciyər infeksiyasına yaxalandığını açıqlamışdı. Ornella isə xərçəngin Çavesin ağ ciyərinə yayılıb-yayılmadığı haqda suala cavab verməyib.

 





07.03.2013    çap et  çap et