525.Az

Dünyanın ən sürətli fləş kartı yaradıldı


 

Dünyanın ən sürətli fləş kartı yaradıldı<b style="color:red"></b>

Novosibirsk alimləri tərəfindən hazırlanan gələcəyin məlumat saxlama daşıyıcıları mövcud fləş kartlardan dəfələrlə sürətli olacaq. Belə ki, Rjanov adına Yarımkeçiricilər Fizika İnstitutunun əməkdaşları multiqrafen əsasında innovativ fləş kartlar hazırlayır.

AzərTAc “planet-today.ru” saytına istinadən xəbər verir ki, 1 atom qalınlığında olan qrafen texnologiyanın ən müxtəlif sahələrində, həmçinin informasiyanın saxlanmasında tətbiq edilə bilər. Bir ədəd yaddaş çipi çərçivəsində qrafenin bir neçə qatının birləşdirilməsi məlumatların yüksək sıxlıqla yazılmasına nail olmağa imkan verir ki, bu da məlumatlara istifadənin yüksək sürətini təmin etmir.

Novosibirsk alimləri hesab edirlər ki, multiqrafen gələcəyin fləş kartları üçün mükəmməl əsasdır. Ancaq belə informasiya daşıyıcılarının istehsalı hələ ki planlaşdırılmır, çünki indi alimlər fundamental tədqiqat işləri ilə məşğuldur.

 





30.08.2016    çap et  çap et