525.Az

Sloveniyada Gəncə günləri - Fotoreportaj


 

Sloveniyada Gəncə günləri - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Sloveniya parlamentinin sədri Milan Brqlez, Nova-Qoritsa şəhərinin meri Matery Arçon, Sloveniya parlamentinin deputatları, Sloveniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbirə qatılanlar öncə İkinci dünya müharibəsi zamanı Sloveniyanın alman faşizmindən azad olunmasında qəhrəmanlıq şücaəti göstərərək həlak olmuş Azərbaycan oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açaraq son illər Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya,Sloveniya prezidentinin isə Azərbaycana rəsmi səfərlərindən sonra qarşılıqlı iqtisadi, siyasi, elmi, mədəni münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdıran diplomat son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar nəticəsində Gəncə şəhərinin müasirləşdiyini,qərblə şərqin qədim mədəniyyətini özündə ehtiva edən tolerantlıq mərkəzinə çevrildiyini vurğulayıb.

Gəncə şəhərinin 2016-cı ildə Avropanın gənclər paytaxtı  elan olunduğunu bildirən A.Xudiyev,bu il dünyanın bir çox ölkələrindən minlərlə turistin bu qədim diyara səfər etdiyini nəzərə çatdırıb.

Ötən il Gəcə şəhərində olan Slovenyalı fotojurnalist Maya Modrinyakın gəncəbasar bölgəsindən hazırladığı foto reportajların böyük maraqla qarşılandığını  vurğulayıb.

Sonra Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Sloveniyaya göndərilmiş Gəncə-2016 Avropanın gənclər paytaxtı mövzusuna həsr olunmuş foto sərgi və sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Sloveniyanın dövlət və hökumət rəsmiləri Azərbaycanla Slovenya arasında inkişaf edən dostluq və qardaşlıq əlaqələrindən danışıblar.

Bu il Gəncənin Avropanın gənclər şəhəri elan olunmasını ölkəmizin regional inkişafının əyani göstəricisi kimi xarakterizə ediblər.

 





30.08.2016    çap et  çap et