525.Az

Kremldən Özbəkistan prezidentinin ölümü ilə bağlı xəbərlərə şərh


 

Kremldən Özbəkistan prezidentinin ölümü ilə bağlı xəbərlərə şərh <b style="color:red"></b> Kreml Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlı xəbərlərin təsdiqlənmədiyini bəyan edib.
 
APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni məlumatların olmadığını bildirib.
 
“Bildiyimizə görə, müxtəlif məlumatlar var idi və onlar öz təsdiqini tapmadı. İndi hər hansı informasiyaya malik deyilik”,- deyə o vurğulayıb.
 
Xatırladaq ki, ötən gün “ferqana.ru” saytı 78 yaşlı İslam Kərimovun öldüyü barədə məlumat yayıb. Özbəkistan hakimiyyəti bu xəbəri rəsmən şərh etməyib.
 
Prezidentin qızı Lola Kərimova isə atasının beyin qanaması keçirdiyini açıqlayıb.
 





30.08.2016    çap et  çap et