525.Az

Sürücülər üçün şad xəbər


 

Sürücülər üçün şad xəbər<b style="color:red"></b> Ələt-Astara magistralı yolunda dağılan körpünün ətrafında avtomobillərin hərəkəti üçün ikinci alternativ yol artıq istifadəyə verilib. Bu gün açılmış yol cənubdan Bakı istiqamətinə, ondan əvvəl istifadəyə verilən alternativ yol isə cənub istiqamətinə hərəkət edən avtomobillər üçün istifadə olunur.

Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
"İkinci yolun açılışı avtomobillərin hərəkətində sıxlığı aradan götürməyə kömək edəcək", - Mürsəliyev deyib.
Mürsəliyev həmçinin qeyd edib ki, uçan körpünün aşırım tirlərinin hamısı sökülüb, bütün kommunikasiya xətləri köçürülərək bərpa olunub, körpünün ətrafı təmizlənib, hazırda qazma işləri gedir, aşırım tirləri də hazırlanır.
"Çalışacayıq ki, yaxın 15-20 gün ərzində o körpünün də bərpasını tam başa çatdıraq", - Mürsəliyev deyib.
Qeyd edək ki, martın 4-də gecə 02:00-03:00 radələrində ağırtonajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib.

Körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.
 





07.03.2013    çap et  çap et