525.Az

Minskdə MDB ölkələrinin forumu keçiriləcək


 

Minskdə MDB ölkələrinin forumu keçiriləcək<b style="color:red"></b>

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev jurnalistlərə bildirib ki, MDB üzvü olan ölkələrin maliyyə-iqtisadi forumu oktyabr ayında Minskdə keçiriləcək.

AzərTAc BELTA agentliyinə istinadla xəbər verir ki, S.Lebedev deyib:
 
“MDB Hökumət Başçıları Şurasının iclasına aid qoşma sənəddə bildirilir ki, maliyyə-iqtisadi forum Minskdə keçiriləcək. Birliyin üzvü olan ölkələrin demək olar ki, hamısı həmin forumda iştirak etməyə hazır olduqlarını bildiriblər”.

S.Lebedevin sözlərinə görə, MDB hökumət başçılarının iclası oktyabrın 28-nə planlaşdırılıb.

İclasın gündəliyinə xeyli məsələ daxil ediləcək. Bu məsələlər bütün fəaliyyət sahələrində, ilk növbədə iqtisadi sahədə əməkdaşlığın fəallaşdırılmasına həsr edilib.

 





30.08.2016    çap et  çap et