525.Az

Şahmat Olimpiadasına həsr olunmuş poçt markaları


 

Şahmat Olimpiadasına həsr olunmuş poçt markaları <b style="color:red"></b>

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb.

Nazirlikdən “Report”a bildirilib ki, “Azərmarka”nın nəşr etdiyi növbəti markalar 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb. Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-dək Bakıda baş tutacaq.

Xatırladaq ki, “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı markası İtaliyada “L'arte del francobollo” jurnalı tərəfindən “Ayın ən orijinal markası” seçilib.

 





30.08.2016    çap et  çap et