525.Az

Rafiq Dadaşovun 70 illiik yubileyi keçirildi


 

Rafiq Dadaşovun 70 illiik yubileyi keçirildi<b style="color:red"></b>

Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin inkişafında öz yeri olan, yüksək mədəniyyəti, sadəliyi ilə seçilən rejissor Rafiq Dadaşovun anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, 1963-cü ildə rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayan R.Dadaşov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bir əmək yolu keçib.

O, qısa vaxt ərzində “Yenilməz batalyon”, “Sən nə üçün susursan?”, “Torpaq. Dəniz. Od. Səma”, “Bir cənub şəhərində” kimi bədii filmlərdə rejissor köməkçisi, “Səmt küləyi”, “1001-ci qastrol”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış serenada”, “Yol əhvalatı”, “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”, “Ötən ilin son gecəsi” və s. bədii filmlərdə 2-ci rejissor qismində yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, profesionallığı ilə təkcə çəkiliş qrupunun deyil, kinostudiyanın bütün kollektivinin hörmətini qazanıb.

Bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan adları sadalanan bu və bir çox başqa filmlərin uğur qazanmasında R.Dadaşovun xüsusi əməyi var.

Tanınmış rejissorun keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib və 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

 





30.08.2016    çap et  çap et