525.Az

"Briqada"nın qəhrəmanı öldü


 

"Briqada"nın qəhrəmanı öldü<b style="color:red"></b>

Məşhur rusiyalı aktyor Andrey Panin dünyasını dəyişib. ANS PRESS-in lenta.ru saytına istinadən verdiyi xəbərə görə, aktyorun Moskvadakı evində meyiti tapılıb.

Polis İdarəsindən verilən məlumata görə, ilkin ehtimallara görə, Panin Balaklavski prospektindəki evində kəllə beyin travmasından dünyasını dəyişib. Hadisə yerinə ezam olunmuş polis bölməsinin operativ qrupunun hazırda orada işlədiyi bildirilir.

“İnterfax”ın verdiyi məlumata görə isə yaxınları 4 gün mərhum aktyorla əlaqə saxlaya bilməyiblər, yalnız 4-cü gün onun haqqında məlumat ala biliblər.

Xatırladaq ki, Andrey Panin 1962-ci il təvəllüdlüdür. O, “Ana”, “Kamenskaya”, “Briqada”, “Kölgələrlə döyüş” və s filmlərə və seriallarda rol alıb.

 





07.03.2013    çap et  çap et